İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rusiya-Ukrayna danışıqları BAŞLADI - VİDEO

Rusiya və Ukrayna arasında davam edən münaqişənin diplomatik həll yollarını müzakirə etmək məqsədilə keçirilən danışıqların ikinci raundu bu gün İstanbulda baş tutur.

Musavat.com xəbər verir ki, "RIA Novosti"nin məlumatına görə, Rusiya nümayəndə heyəti artıq danışıqların keçiriləcəyi yerə gəlib.

Eyni zamanda, Ukrayna nümayəndə heyəti də görüş yerinə çatıb.

Tərəflərin ikinci raund danışıqlarında atəşkəsin əldə olunması, humanitar dəhlizlərin açılması, mülki əhalinin təhlükəsizliyi və digər mühüm məsələləri müzakirə edəcəyi gözlənilir. Bu görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və danışıqların nəticələri tərəflər arasında mümkün gərginliyin azaldılmasına ümid yaradır.

Qeyd edək ki, danışıqlar Türkiyənin vasitəçiliyi ilə baş tutur və bu ölkənin regionda sülhün bərpasında oynadığı rolu bir daha ön plana çıxarır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR