Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Moskvada naməlum şəxslər tərəfindən avtomobilin baqajında aparılan 39 yaşlı sahibkar Areq Samveloviçin oğurlanmasının mümkün səbəbi ortaya çıxıb.
Yayılan məlumata görə, Areqin sosial şəbəkədə paylaşdığı videoda o, Çeçen Respublikası sakinlərini, Qurani-Kərimi və Allahı təhqir edib. Sözügedən görüntülər Çeçenistan sakinləri tərəfindən aşkarlanaraq yerli sosial media səhifələrində geniş şəkildə yayılıb.
Areq öz son videosunu Yaroslavl vağzalının foyesində çəkib. Məhz bu yolla o, yerini bəlli edib və nəticədə hadisə baş verib.
Hazırda onun taleyi və oğurluğu həyata keçirən şəxslərlə bağlı rəsmi məlumat yoxdur. Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub.
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ