İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan: “Putin, Tramp və Zelenskinin güvəndiyi yeganə lider Ərdoğandır”

Musavat.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber-ə verdiyi açıqlamada bildirib ki, ölkəsi Rusiya və Ukrayna arasında sülhün bərqərar olması üçün ilk gündən təşəbbüslər göstərib.

“Rusiya və Ukrayna arasında sülh üçün nələr edə biləcəyimizlə bağlı təşəbbüslərimiz olub. İlk gündən etibarən sülh üçün çalışırıq. 2 iyun tarixində keçirilən görüşdə tərəflərlə liderlər zirvəsini də müzakirə etdik. İstanbul görüşündə bir çox məsələdə razılıq əldə olunub. Növbəti danışıqlar raundunun olacağını gözləyirik. Çünki hər iki tərəf bir araya gəlməyin faydalı olduğunu görür”, – deyə Hakan Fidan qeyd edib.

O, həmçinin Türkiyənin liderlər səviyyəsində zirvəyə ev sahibliyi etməyə hazır olduğunu da vurğulayıb:

“Liderlər zirvəsinə ev sahibliyi etməyə hazırıq. Putin, Tramp və Zelenskinin bir araya gəlməsi çox önəmlidir. Hər üç liderin eyni anda güvəndiyi yeganə şəxs Ərdoğandır. Bu, sadəcə iki ölkə arasında müharibə deyil, bütün dünyaya yayılma riski daşıyan bir münaqişədir. Prezidentimiz ilk gündən həm bölgə liderləri, həm də hər iki tərəfin rəhbərləri ilə sıx əlaqə saxlayır”. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR