İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur iş adamını şir parçaladı - FOTO

Namibiyada səhra aslanlarını dəstəkləmək üçün bir çox işlərə qatılan və külli miqdarda pul xərcləməsi ilə tanınan iş adamı Bernd Kebbel aslanın hücumuna məruz qalaraq həyatını itirib.

Alman iş adamı Bernd Kebbelin təbiətlə bağlı bir çox araşdırmada adı ön sıralarda çəkilirdi.

Hadisə Namibiyanın şimal-qərbindəki Kunene bölgəsində baş verib. Dostları ilə ərazidə düşərgə salan Bernd Kebbel tualetə getmək üçün gecə gec saatlarda çadırını tərk edib. Çadırdan çıxarkən aslanın alman iş adamını öldürüb

Turizm Nazirliyi və polisin hadisə yerindən topladığı məlumata görə, Kebbelin boyun nahiyəsindən aldığı dişləmə yarası onun ölümünə səbəb olub.

Hadisə şahidlərinin ifadəsinə görə, şir Kebbelin boynundan dişləyərək ona ağır xəsarətlər yetirib. Hadisə yerinə yaxın olan şəxslər müdaxilə etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Kebbel aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. (sfera.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR