İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiktokerlər Nuh və "Xan"dan xəbər var

Satış məqsədi olmadan narkotik vasitə saxlama ittihamı ilə həbs edimiş daha iki tiktoker azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkilin sözlərinə görə, Nərimanov Rayon Məhkəməsi müvəkkilləri- Əsgər Əlizadə ("Xan") və Nuh Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin edib.

Qərara əsasən hər iki tiktoker ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, ötən həftə də eyni ittihamla saxlanılan bir neçə tiktoker barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR