İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin təbliğatçısının oğlu maniken çıxdı

Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna pilotsuz təyyarəsinin hərbi aerodroma hücumunu lentə alan hərbi çağırışçını edam etməyə çağırması ciddi etirazlara səbəb olub.

Solovyovun sözləri aerodromda pilotsuz təyyarənin endirilməsi zamanı gənc əsgərin çəkdiyi iddia edilən videonun sızması ilə bağlı insidentə reaksiya olub.

Efirdə Solovyov çağırışçını “Vətən xaini” adlandırıb və “bu alçaqı çıxarıb sıranın qabağında güllələməyi” təklif edib. O, verilişində "onu vura bilərikmi, bu çağırışçını?-deyə sual edib. “Bu əclafı çıxarın və sadəcə olaraq cəbhənin önündə Vətən xaini kimi güllələyin" deyə Solovyov vurğulayıb.

Musavat.com xəbər verir ki, Vladimir Solovyovun çağırışçının "edam edilməsi" ilə bağlı mətbuatda səs-küylü açıqlamaları fonunda internetdə onun oğlu Danil Solovyovun həyatı ilə bağlı təfərrüatlar peyda olur.

“Cəbhə xəttindən olan bir gənc hədəfə çevrildiyi halda, ölkənin əsas televiziya təbliğatçısının oğlu Londonda karyera qurur, model agentliyi ilə müqavilə bağlayır”-deyə, bildirilir. 

sol-oğku.jpg (32 KB)

İnternetdəki açıq mənbələrin məlumatına görə, Danil Solovyov sosial şəbəkələrdə saçları boyanmış və tünd dırnaq boyası ilə görünür, peşəkar fotosessiyaya çəkdirir və atasının televiziyada hər gün təbliğ etdiyi “ənənəvi dəyərlərdən” açıq-aydın uzaq görüntülər nümayiş etdirir. Mənbələr İngiltərədəki etibarlı müqaviləyə istinad edərək onun hərbi xidmətdən yayındığını iddia edir.


O da bildirilir ki, müharibənin alovlu təbliğatçısının oğlu bu müddət ərzində nəinki Xüsusi Hərbi Əməliyyatda(SVO) iştirak etməyib, həm də mütəmadi olaraq Qərb ölkələrinə səfərlərini davam etdirir. Xüsusilə, onun Böyük Britaniyada qalması və Avropanın moda layihələrində iştirakı məlumdur. Onun “vətən müdafiəçisi” obrazından uzaq olduğu yayılan fotolarında məlum olub.

Solovyovun sözlər və əməlləri arasındakı ziddiyyət göz qabağındadır: Ekrandan vətənpərvərlik dərsi keçir, oğlu isə Avropa podiumlarında poz verir...

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR