Onlayn ictimai-siyasi qəzet
Rusiya Kursk vilayətində Şimali Koreya əsgərlərindən istifadə etməyə başlayıb.
Musavat.com Ukrayna mənbələrinə istinadən xəbər verir ki, onlar xüsusən, RF-nin dəniz piyadaları və hava-desant qoşunlarının qarışıq bölmələri tərkibində hücum əməliyyatlarına cəlb olunublar.
Mövqelərdən birində Ukrayna hərbçiləri KXDR əsgərlərini FPV-dronlarla atəşə tutub. 14 dekabr tarixinə olan ilkin məlumatlara görə, rus və şimali koreyalı əsgərlərlə komplektləşdirilmiş RF bölmələrinin təxminən 200 nəfər itki verdiyi bildirilir.
KXDR qoşunlarının tətbiqi dil baryeri səbəbindən çətinləşir. Bu problem səbəbilə şimali koreyalı əsgərlər "Axmat" batalyonuna "dost atəşi" açaraq səkkiz "kadırovçu"nun ölümünə səbəb olublar.
Afaq,
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ