İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya tarixinin ən böyük bombardir futbolçusu ölkəni tərk etdi

Keçmiş rusiyalı futbolçu və məşqçi Aleksandr Kerjakov Rusiyanı tərk etdiyini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Nobel” YouTube kanalına verdiyi müsahibədə danışıb.

Kerjakov ölkəni tərk etməsini müharibəyə qarşı olması ilə əsaslandırıb. "Çünki mən hələ başa düşə bilmirəm ki, müasir və mütərəqqi bir cəmiyyətdə bütün bunlar necə baş verə bilər",-deyə Korjakov söyləyib.

Kerjakov “indiki vəziyyətə görə” ailəsi ilə birlikdə Dubaya getdiyini bildirib. Lakin onun sözlərinə görə, bu, mühacirət sayıla bilməz.

Kerjakov Rusiyanın ən yaxşı futbolçularından biridir. Karyerası ərzində o, 233 qol vurub və bunun sayəsində Rusiya futbol tarixinin ən böyük bombardiri olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR