İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya strateji bombardmançılarını Uzaq Şərqə köçürdü - SƏBƏB

Ukraynanın Rusiya uzaqmənzilli aviasiyasının hərbi aerodromlarına qarşı görünməmiş PUA hücumlarından sonra Moskva strateji bombardmançı təyyarələrini təhlükəsiz bölgələrə, əsasən də Uzaq Şərqə köçürüb.

Musavat.com xəbər verir ki, bu barədə OSINT-analitik AviVector tərəfindən təhlil edilmiş peyk görüntüləri əsasında məlumat yayılıb.

Məlumata görə, Tu-160, Tu-95MS və Tu-22M3 tipli strateji bombardmançı təyyarələr İrkutsk və Murmansk vilayətlərindəki hərbi aerodromlardan çıxarılaraq daha təhlükəsiz hesab edilən alternativ aviabazalara köçürülüblər.

Analitiklər qeyd edirlər ki, bu addım Ukraynanın dərin arxa zonalarda yerləşən obyektləri vurmaq imkanlarının artması ilə birbaşa əlaqədardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR