İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Silahlı qüvvələrinin 11-ci Ordu korpusu Ukraynada demək olar tamamilə məhv edildi

RF Silahlı Qüvvələrinin Kalininqradı müdafiə etməli olan, lakin Ukrayna ilə savaş başladıqdan sonra Xarkov cəbhəsinə göndərilən 11-ci Ordu korpusu demək olar ki, tamamilə məhv edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

“Baltik dənizi boyunca iki NATO ölkəsi arasında yerləşdirilən bu korpus rus qoşunlarına qlobal müharibədə üstünlük bəxş etməli idi.

Əvəzində isə o, kağız üzərində Rusiya ordusundan daha zəif olan Ukrayna ordusu üçün top yeminə çevrildi. İndi Kalininqrad demək olar ki, müdafiəsiz qalıb və həmin korpusun bir vaxtlar NATO üçün yaratdığı təhlükə aradan qalxıb”, - deyə yazıda qeyd olunub.
Jurnalistlər Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlamazdan əvvəl Kalininqradda ən azı 12 min rus əsgərinin olduğunu vurğulayırlar. Bölgədəki Rusiya qüvvələri 100-ə yaxın T-72 tankı, bir neçə yüz zirehli transportyor, “Msta-S” haubitsaları, həmçinin “BM-27” və “BM-30” raketləri ilə təchiz olunmuşdu.

Rus ordusunun cəbhədəki işləri pisləşməyə başlayanda Kreml 11-ci Ordu korpusunu gəmi və təyyarələrlə əvvəlcə Belqoroda, sonra isə Xarkov vilayətinə köçürüb. Qəzetin yazdığı kimi, üç aylıq ağır döyüşlər korpusun gücünü sarsıtdı.

Ukrayna Silahlı qüvvələrinin Xarkov vilayətində əks hücumu zamanı on minlərlə rusiyalı qaçıb, təslim olub və ya yerindəcə ölüb. Eyni zamanda, 11-ci Ordu Korpusu bölgədəki əksər rus birləşmələrindən daha çox zərər çəkib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, korpus 200 maşın və şəxsi heyətin yarısını itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR