İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya rəsmisindən sərt xəbərdarlıq: Ukrayna Sumı, Xarkov və Odessanı itirə bilər

Ukrayna sülh danışıqlarına getməsə, Sumı, Xarkov, Odessa və digər şəhərləri itirmək riski ilə üzləşə bilər.

Musavat.com xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov amerikalı iqtisadçı Ceffri Saksın proqnozuna münasibət bildirərkən səsləndirib.

Kartapolov Saksı “təcrübəli və düzgün proqnozlar verə bilən ağıllı şəxs” kimi xarakterizə edib və bildirib:
“Biz əvvəldən demişdik ki, bu münaqişənin diplomatik həllindən hər gün uzaqlaşmaq Ukraynanın vəziyyətini daha da ağırlaşdırır.”

O, əlavə edib ki, vaxt uzandıqca Ukraynanın şərtləri daha da pisləşəcək və sülhün şansı azalacaq. Analitiklər bu bəyanatı Moskvanın danışıqlara təzyiq vasitəsi kimi istifadə etdiyini düşünürlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR