İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qoşunları təcili işğal altındakı Zaporejyedən Xersona köçürülür

Rusiya qoşunları Ukraynanın işğal altındakı Melitopol və Zaporojye vilayətinin Vasilyevski rayonunun bir hissəsindən geri çəkilirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qubernatoru Oleksandr Starux yerli “Zova” telemarafonunun efirində danışıb.

Oleksandr Staruxun sözlərinə görə, bununla Rusiya ordusu ərazidə rotasiya həyata keçirir. Hazırda işğal ordusunun Xerson istiqamətində hərəkət etdiyi bildirilir.

Bununla birlikdə Ukrayna ordusu Zaporojye vilayətində müdafiə xətlərinin möhkəmlənməsini davam etdirir. Ukrayna silahlı qüvvələrinin Zaporojye yaxınlığında istehkamların sayını artırdığı bildirilir.

Son məlumatlara əsasən, Ukraynada 31 360 rus əsgəri həlak olub. Bundan əlavə, Rusiya ordusunun 1390 tankı, 212 təyyarə və 177 helikopteri məhv edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR