Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya mediası qənimət götürülən M1 Abrams tankı və ABŞ istehsalı olan M1150 hücum-mühəndis maşınının görüntülərini yayıb. Görüntüləri müşayiət edən mətndə bildirilir ki, bu qənimətlər Rusiya Müdafiə Nazirliyinin Poklonnaya təpəsindəki sərgisinə yerləşdiriləcək.
"Maşınlar rus qoşunları tərəfindən Avdeyevski istiqamətində Berdıçi bölgəsində hücum əməliyyatları zamanı ələ keçirilib", deyə "İzvestiya" qəzetinin Telegram səhifəsində qeyd olunur.
Xəbərdə vurğulanır ki, sərgidə NATO ölkələrinin ordularının atıcı və mühəndis silahları, Qərb texnikası, eləcə də Ukraynanın PUA-ları, rabitə vasitələri və avadanlıqları nümayiş etdiriləcək.
Sitat: "Sərgi bir neçə tematik zonaya bölünmüşdür, burada Qərb istehsalçısı ölkələri, habelə onların tutulma yeri və şəraiti haqqında məlumat stendləri yerləşdirilmişdir".
Ukrayna müharibəsinə qədər Abrams tankları barədə bir əfsanə dolaşırdı. Həmin əfsanəyə görə, ABŞ istehsalı olan bu zirehli maşınları vurmaq, məğlub etmək mümkünsüz sayılırdı. Lakin Rusiya - Ukrayna müharibəsinn gedişində bəlli oldu ki, milyonlarla qiyməti olan bu tankları İranın istehsal etdiyi 150 dollar dəyəri olan dronlarla asanlıqla vurmaq olur. İddialara görə məhz bu səbəbdən artıq Ukrayna Abrams tanklarının tədarükünü dayandırıb.
Musavat.com rəsmi yayılan məlumatlara dayanaraq bildirir ki, bu günə qədər 8.800 ədəd Abrams tank modeli istehsal edilib (M1 və ya M1A1 modelləri) Bir tankın maya dəyəri modelinə görə 2,300,000 ilə 4,300,000 dollar arasındadır.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ