İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunun yeni hücumu uğursuzluğa məhkumdur — The Telegraph

Rusiyanın Ukraynada başlatdığı yeni hücum kampaniyası əvvəlcədən məğlubiyyətə məhkumdur.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Telegraph saytı yazıb.

Analitiklər bildirirlər ki, Rusiya ordusu tank və zirehli texnika çatışmazlığı yaşayır və bu səbəbdən hətta cüzi taktiki uğurlardan belə istifadə edə bilməyəcək.

Məqalədə qeyd olunur ki, işğalçı qüvvələrin irəliləməsini Ukraynanın pilotsuz uçuş aparatları (PUA) da ciddi şəkildə çətinləşdirir. Xüsusilə də bu PUA-lar Rusiya ordusunun cəbhə bölgəsinə böyük qüvvələr göndərməsini faktiki olaraq qeyri-mümkün edir.
Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Dmitro Jmaylo The Telegraph-a bildirib ki, hazırda Rusiya üçün cəbhə xəttində istənilən miqyasda hücum aparmaq mümkün deyil. Onun sözlərinə görə, Rusiya cəbhədə ciddi uğurlar əldə etməyib, lakin bu uğur illüziyasını yaratmağa çalışır.

Bununla yanaşı, analitiklər ehtimal edirlər ki, Rusiya ordusu Sumı vilayəti istiqamətində müəyyən irəliləyişlər əldə edə bilər. Bu, Ukrayna qüvvələrinin Rusiya Federasiyasının Kursk vilayətindəki hücumlar fonunda həmin istiqamətə çəkilməsi ilə bağlıdır. Lakin nəşr yazır ki, ruslar bu bölgədə yalnız kiçik piyada qrupları ilə, texnikanın dəstəyi olmadan hücumlar həyata keçirə biləcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR