İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya ordusunu məhv edəcəyik” – Qərb Putinə son nüvə xəbərdarlığını etdi

Krım körpüsünün partladılmasına cavab olaraq Rusiya ordusu tərəfindən Ukrayna paytaxtı Kiyev də daxil olmaqla iri şəhərlərin bombalanması Kremlin gözlədiyi effekti vermədi. Doğrudur, 20-yə yaxın insan həlak oldu, 100-dən artıq ukraynalı da yaralandı, bəzi enerji infrastrukturu, kommunikasiya xətləri dağıdıldı, nəticədə müharibənin ağır yaralar açdığı ölkəyə növbəti zərbələr dəydi.

Amma Kreml rəsmilərinin hesabladığı kimi, Ukrayna cəmiyyətində təşviş yaranmadı, Qərb müttəfiqləri də Rusiyanın insanlıq əleyhinə növbəti cinayətlərini təmkinlə və soyuqqanlılıqla qarşıladılar. ABŞ Prezidenti Co Bayden, NATO, Avropa İttifaqı rəhbərləri, eləcə də Böyük Britaniya və Almaniya aqressorun məğlub edilməsi üçün sona qədər Ukrayna xalqının, dövlətinin yanında olacaqlarını bəyan etdilər.

Üç gün əvvəl Ramştayn formatında 50 ölkənin müdafiə, təhlükəsizlik rəsmilərinin keçirdiyi görüşdə Ukraynanın hava hücumundan etibarlı müdafiəsini təşkil edəcək HHM sistemləri ilə təmin olunması qərarlaşdırıldı. Habelə, Dünya Bankı raket hücumları zamanı enerji təsərrüfatına dəyən zərərin qarşılanması üçün Ukraynaya 550 milyon avro yardım ayırdı. Qərb kəşfiyyatının məlumatına görə, Ukrayna ordusu cəbhə xəttində üstünlüyünü davam etdirir və növbəti hücumlara hazırlaşır. Son günlər Xerson ətrafında daha 5 kənd azad olunub və ordu buradakı çoxminlik Rusiya qruplaşmasına həlledici zərbələr endirmək üçün əlverişli mövqelər qazanıb. Qərb ölkələrində təlim keçən minlərlə ukraynalı hərbçi də geri qayıdır və ordunun hücum mövqelərində yerləşdirilir. Habelə, müttəfiqlərin göndərdiyi yeni hücum silahları da artıq Ukrayna Silahlı Qüvvələrinin sərəncamındadır.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız tanımış jurnalist-ekspert Fuad Abbasoğlu Muradov olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR