İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda Qafan merinin qardaşı saxlanılıb-rüşvət, korrupsiya işi...

 

Ermənistan Milli Politexnik Universitetinin Qafan filialının keçmiş rektoru Lernik Petrosyanın işi çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları universitet tələbələrini dindirir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Mənbəmizin bildirdiyinə görə, dünən Qafan şəhərinin meri Gevorq Parsyanın kiçik qardaşı müstəntiqlərin fikrincə, bu universitetdə tələbə olarkən dərslərdə iştirak etməyən, lakin məlum üsullarla qiymət alan Ovik Parsyan dindirilməyə dəvət edilib. .

Bir neçə gün əvvəl Gevork Parsyan bu məlumatı təkzib edib. Dindirilməyə Hakim “Vətəndaş sazişi” partiyasından deputatın dostu, tələbə Vahe Petrosyan da dəvət olunub. O, Qafanda “Soko Vahe” kimi tanınır və tikinti biznesi ilə məşğuldur.

Yeri gəlmişkən, onların hər ikisi universitetin qiyabi şöbəsində oxuyurlar. Həm Vahe Petrosyan, həm də Ovik Parsyanın həbsi üçün vəsatətin verilməsi barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qərar qəbul edəcək.

“Lernik Petrosyan isə rüşvət hesabına vətəndaşın xeyrinə qanunsuz hərəkətə yol verməkdə və dövlətin ona etibar etdiyi külli miqdarda vəsaiti oğurlamaqda ittiham olunur”, - deyə məlumatda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR