İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusu üçün yeni "silah" gəlir - buryat şamanlar

Rusiyanın Buryatiya vilayətindən Ukraynanın Donetsk vilayətinə rus hərbçilərinin şaman ayinindən keçərək istirahət edə biləcəyi 3 yurt göndəriləcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Hun Fondu”nun sədri Oleq Bulutov danışıb. Onun sözlərinə görə, bununla əsgərlərin mənəviyyatının, döyüş ruhunun yüksəldilməsi planlaşdırılır. Həmin yurtlarda şamanlar “ruhlarının əsgərlərə geri qaytarmalarına” kömək edəcəklər.

Yurtların dəqiq harada quraşdırılacağı məlum deyil. Bulutov hesab edir ki, onlar döyüşlərin getdiyi əraziyə mümkün qədər yaxın durmalı, eyni zamanda təhlükəsiz yerdə olmalıdırlar. Təşkilatçılar bunu cəbhəyə gedənlər üçün “humanitar yardım” adlandırırlar.

Belə yurtlardan 16 əsr əvvəl hərbi yürüşlər üçün istifadə edildiyi iddia edilir.

Buryatiya Ukraynadakı müharibədə həlak olanların sayına görə Rusiyanın şərq bölgələri arasında liderdir.

“BBC” və “Mediazona”nın məlumatına görə, döyüşlərdə respublikanın ən azı 340 sakini həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR