İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya orada da boykot edildi

Bu gün işə başlayan Davos İqtisadi Forumunun iştirakçıları arasında Rusiyanın bir nümayəndəsi də yoxdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, forum iştirakçılarının siyahısında Asiyanın digər böyük dövləti - Çin də rəsmi şəkildə yüksək səviyyədə təmsil olunmur.

“Ukraynadakı müharibə və Rusiyanın Qərbdə məruz qaldığı ostrakizm oliqarxların iştirakına tamamilə mane olub”, - deyə bununla bağlı yayılmış hesabatda deyilir.

Çin nümayəndələrinin foruma gəlişinə isə ölkədə tüğyan edən COVID-19 epidemiyası və bazarların çökməsi səbəb olub. Kommunist rejimi baş nazirin müavini Liu He təmsil edəcək.

Eyni zamanda, forumda 116 milyarderin iştirakı gözlənilir ki, bu da 10 il əvvəlkindən 40% çoxdur. Xüsusilə, Fars körfəzi ölkələrinin və Hindistanın nümayəndələrinin sayı artıb. Ən çox milyarder ənənəvi olaraq ABŞ-dan gəlib, Aİ ölkələrini 18 milyarder, Böyük Britaniyanı isə polad nəhəngi Lakşmi Mittal və onun övladları təmsil edəcək.

1990-cı illərdən başlayaraq Davos Forumunda iştirak bir tərəfdən rus iş adamları üçün prestij əlaməti, digər tərəfdən isə siyasi əhəmiyyət kəsb edirdi. Məlumdur ki, xüsusilə Davosda 1996-cı il prezident seçkilərində rus milyarderləri ortaq strategiya müəyyənləşdiriblər. Məhz 2000-ci ilin yanvarında Davosda Rusiya nümayəndə heyətinə “Cənab Putin kimdir?” sualı verilib. Rusiyalı iş adamları pandemiyaya qədər forumun aktiv iştirakçısı sayılırdılar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR