Onlayn ictimai-siyasi qəzet
Britaniya kəşfiyyatı Rusiyanın Engels şəhərlərində yerləşən "Kombinat Kristall" neft məhsulları anbarına edilən hücumun nəticələrini əks etdirən peyk görüntülərini nümayiş etdirib.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, sözügedən baza hərbi aerodromu yanacaqla təmin edir.
Rəsmi məlumatlara görə, 8 yanvar tarixində baş verən ilk hücum neft anbarında böyük yanğına səbəb olub və alovun söndürülməsi bir neçə gün davam edib.
Yanvarın 14-də həyata keçirilən ikinci hücum nəticəsində neft bazasında yenidən yanğın başlayıb.
21 yanvar tarixli peyk görüntülərinin təhlili göstərib ki, hücumlar nəticəsində dörd yanacaq çəni tamamilə məhv edilib, daha 10 çən isə zədələnib.
Musavat.com
25 Fevral 2025
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ