İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya necə G20 ölkələrinin arasında ola bilər?" - Zelenskidən SƏRT ÇIXIŞ

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın G20-dən xaric edilməsini istəyib.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə özünün “Telegram” kanalında yayımladığı videomüraciətdə bildirib.

Ukrayna lideri vurğulayıb ki, xüsusilə indiki məqamda Rusiyaya qarşı sərt beynəlxalq reaksiya göstərilməlidir.

“Həm BMT səviyyəsində, həm də digər səviyyələrdə, xüsusən də G20 səviyyəsində. Rusiya necə G20 ölkələrinin arasında ola bilər? Bu nonsensdir. Rusiya G20-də təmsil olunmamalıdır”, - deyə Volodimir Zelenski vurğulayıb.

Qeyd edək ki, Rusiya Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl saziş”ində iştirakını dayandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR