İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya müharibədə müasir tanklarının yarısını itirib

Ukraynaya qarşı müharibədə Rusiya müharibədən əvvəlki müasir T-72B3 və T-72B3M tanklarının 50%-ni itirib.

Bundan başqa ruslrın qanadlı raket ehtiyatı da tükənib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) bəyan edib.

İnstitutun Müdafiə və hərbi təhlil üzrə eksperti Ceyms Hakettin sözlərinə görə, Rusiya Silahlı qüvvələri Ukraynaya müdaxilə zamanı xeyli şəxsi heyət və texnika itkisinə məruz qalıb. Lakin bununla bərabər, Moskvanın səfərbərlik qərarı ilə şəxsi heyətin sayı əvvəlki illərlə müqayisədə artıb.

Bundan başqa Rusiyanın Ukrayanaya qarşı savaşda istifadə etdiyi “Vaqner” ÖHŞ-nin şəxsi heyətinin 80%-nin sıradan çıxdığı deyilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR