İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Mədəniyyət nazirliyi müharibəyə qarşı çıxan incəsənət xadimlərinə təqibi etiraf edib

“Rusiyanı tərk edən bir çox mədəniyyət xadimləri adlarının rus teatrlarının afişalarından çıxarılmasını tələb ediblər.

Musavat.com Azadlıq radiosunun rus bölməsinə istinadən xəbər verir ki, Rusiyanın mədəniyyət Nazirliyinin rəhbəri Olqa Lyubimova Ukraynada aparılan işğalçı savaşın əleyhinə çıxış edən incəsənət xadimlərinin tamaşalarının ləğvini bu sözlərlə əsaslandırmağa çalışıb.

Nazirin sözlərinə görə, tamaşaçılar bəzi müəlliflərin adlarının plakatlardan çıxarılmasını özləri tələb ediblər.

Mədəniyyət Nazirliyinin rəhbərini etirafına görə, teatrların fəaliyyətini davam etdirməsi üçün afişalardan müxalfiyönlü müəlliflərin və aktyorların adların silinməsi bir növ onlar üçün kompromis variant sayılır.

Rusiya hökumətinə və şəxsən Lyubimovaya tətbiq olunan sanksiyalardan danışan nazir buna görə “göz yaşları axıtmadığını” söyləyib. Mədəniyyət Nazirliyi rəhbərinin fikrincə, Qərb dövlətləri Rusiya ilə əlaqəni kəsərək əslində öz tamaşaçılarını qarət edirlər(?).

Rusiyada Ukrayna ilə müharibə başlayandan sonra müxalif düşüncəli müəlliflərin, rejissorların və aktyorların əsərləri və tamaşaları ləğv olunmağa başlayıb. Məsələn, bu ilin aprelin 20-də Moskvanın “Elektroteat Stanislavski” açıq şəkildə müharibəyə qarşı çıxan aktrisa Yuliya Auqun iştirakı ilə “Bağ” tamaşasını ləğv edib. Tamaşanın bağlanmasına rəsmi səbəb olaraq texniki səbəblər göstərilib. Lakin məlum olub ki, tamaşanın başlamasına bir neçə saat qalmış hakim “Vahid Rusiya” partiyasından olan deputat Aleksandr Xinşteyn Moskva Mədəniyyət Departamentinə müraciət edərək aktrisanı “rusofob” adlandırıbmış.

Moskvada və Rusiyanın bəzi digər şəhərlərində Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı çıxış edən rejissorlar Kirill Serebrennikov və Dmitri Krımovun, eləcə də yazıçı Boris Akuninin adları teatrın afişalarından çıxarılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR