İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Makronun müvəqqəti atəşkəs təklifinə CAVAB VERDİ

Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron vahid Ukrayna telemarafonunun aparıcılarına müsahibəsində Rusiyaya Parisdə keçiriləcək Olimpiya Oyunları müddətində atəşkəs rejimini tətbiq etməyi təklif edəcəyini deyib. O həmçinin bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, Rusiya oyunlarda iştirak edə bilməyəcək, lakin rusiyalı idmançılar neytral statusda yarışa biləcəklər.

Musavat.com "Kommersant"a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun təklifinə cavab verib.

O bildirib ki, Makron Ukraynaya silah tədarükünü dayandırmalı və Yaxın Şərqdəki münaqişə tərəflərinə oxşar təklif irəli sürməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR