Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Rusiyanın Suriyadan hərbi bazalarını çıxarıb - çıxarmayacağını hələ bilmir. Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu məsələ yeni hakimiyyətlə maraqların üst-üstə düşməsindən asılıdır.
Putin qeyd edib ki, Rusiya Suriyaya humanitar yardım çatdırmaq üçün Xmeymim bazasından və Tartus bazasından istifadə etməyi təklif edib: “Biz Suriyadakı siyasi qüvvələrlə münasibət saxlayırıq, onlar bizim hərbi bazalarımızın qalmasında maraqlıdırlar, biz bu haqda düşünəcəyik".
Rusiya Prezidenti Vladimir Putin Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd Moskvaya qaçandan sonra onunla görüşmədiyini bildirib. Putin bu barədə ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında qeyd edib. "Əsəd Moskvaya gəldikdən sonra onu hələ də görməmişəm. Lakin onunla görüşməyi planlaşdırıram", - Putin vurğulayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla Putinin açıqlamalarını dəyərləndirir.
https://www.youtube.com/@musavattv
https://www.facebook.com/tvmusavat
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ