Onlayn ictimai-siyasi qəzet
Rusiya İstintaq Komitəsi Moskvanın “Krokus Siti Holl” konsert zalında baş verən terror aktının “qeyri-dost dövlətin xüsusi xidmət orqanları” tərəfindən təşkil edildiyini bəyan edib.
“Toplanmış sübutlar əsasında istintaq müəyyən edib ki, terror aktı Rusiyada vəziyyəti destabilizasiya etmək məqsədilə bir qeyri-dost dövlətin xüsusi xidmət orqanları tərəfindən planlaşdırılıb və təşkil edilib. Onun icrası üçün beynəlxalq terror təşkilatının üzvləri cəlb olunub”, – deyə rəsmi açıqlamada bildirilir.
Musavat.com-un məlumatına görə qeyd edilir ki, terror aktının birbaşa təşkilatçıları Orta Asiya ölkələrindən olan altı nəfərdir. Onların bəzisi saxta adlardan istifadə edib və hazırda xaricdədir. Bu səbəbdən həmin şəxslər qiyabi həbs olunaraq beynəlxalq axtarışa verilib. Onların dörd nəfəri – Dalercon Mirzoyev, Mühəmmədsobir Fayzov, Şamsiddin Fariduni və Səidəkrəmi Rəcabalizadə – terror hücumunun icrası üçün cəlb edilib və xaricdə təlim keçib.
İstintaq hansı dövlətin nəzərdə tutulduğunu açıqlamayıb.
Xatırladaq ki, Moskvanın “Krokus Siti Holl” konsert zalında terror aktı ötən il, 22 mart 2024-cü ildə baş verib. Hadisə nəticəsində 145 nəfər, o cümlədən 6 uşaq həlak olub.
Musavat.com
23 Mart 2025
22 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ