Onlayn ictimai-siyasi qəzet
Rusiya nümayəndə heyəti İstanbulda keçiriləcək növbəti danışıqlarda Ukrayna ilə atəşkəs məsələsini müzakirə etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.
Onun sözlərinə görə, Rusiya tərəfi görüşə atəşkəslə bağlı memorandum layihəsi və digər konkret təkliflərlə gələcək. Zaxarova həmçinin təsdiqləyib ki, Rusiyanın nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Qeyd edək ki, İstanbul danışıqları Türkiyənin vasitəçiliyi ilə təşkil olunur və tərəflərin masa arxasında konkret texniki razılaşmalar əldə etməsi gözlənilir.
Musavat.com
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ