İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İrəvana xəbərdarlıq etdi – Kamran Həsənli gündəmi təhlil edir

Rusiya diplomatik kanallar vasitəsilə Zatulin və Simonyanın Ermənistana giriş qadağasının aydınlaşdırılması üçün İrəvana müraciət edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.


"Biz bu cür bəyanatları və ya mesajları çaşqınlıqla qəbul edirik. Dərhal diplomatik kanallar vasitəsilə bu məsələ ilə bağlı təsdiq və aydınlıq gətirmək üçün müraciət etdik. Biz ondan çıxış edirik ki, təsdiq olunarsa, bu addımı dostluqdan kənar və müttəfiqlik münasibətlərinə zidd hesab edəcəyik. Onlar ictimai xadimlərdir. Mən bu gün Qərbin iki ölkə arasındakı münasibətləri kəsməyə çalışdığı zaman süni səbəblərin gündəmə gəlməsini istəməzdim”, - deyə Zaxarova İrəvana xəbərdarlıq edib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin və “Russia Today”in baş redaktoru Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub. İrəvan onları Ermənistanın daxili işlərinə qarışmaqda ittiham edib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da Kamranla 1 verilişində aparıcı Kamran Həsənli təhlil edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR