İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İrana da qaz "kökə"si uzadır: Ardınca isə...

İran və Rusiya enerji habının yaradılması məsələsində bir sıra razılaşmalar əldə ediblər.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu məlumatla İranın neft nazirinin müavini, ölkənin dövlət qaz şirkəti olan National Iranian Gas Company-nin baş direktoru Məcid Çeqani çıxış edib.

Onun sözlərinə görə, məsələ üzrə danışıqlar davam etdirilir: “Rusiya təklif edir ki, İranla Rusiya arasında enerji habı yaradılsın. Bu təkliflə bağlı razılaşmalar əldə olunub, danışıqlar davam edir”.

Çeqani onu da bildirib ki, qaz ticarəti ilə bağlı İran Oman, Rusiya və Pakistanla danışıqlar aparıb. Eyni zamanda “Avropa ölkələrinin də İran qazı almaq üçün müraciət etdiklərini” vurğulayıb.

Xatırladaq ki, iyulun 5-də OPEK+ nazirlərinin Vyanadakı görüşü zamanı İranın neft naziri Cavad Ouci bildirib ki, İran Rusiya, Qatar və Türkmənistanla birlikdə ölkənin Buşer əyalətində - Fars körfəzi sahillərindəki Assaluy rayonunda qaz habı yaratmağı planlaşdırır.

Rusiya baş nazirinin müavini Aleksandr Novak isə bildirib ki, Moskva və Tehran İranın cənubunda elektron qaz ticarəti platforması yaratmaq imkanlarını müzakirə edirlər. Onun sözlərinə görə, ideyanın reallaşması üçün qaz mənbələri tapmaq lazımdır və belə mənbələrdən biri olaraq Rusiya şirkətlərinin iştirakı ilə İranda hasil edilən qaz çıxış edə bilər.

Göründüyü kimi, Rusiya qaz habı ideyası ilə İranı şirnikləndirmək və onun zəngin qaz yataqlarında öz şirkətlərinə pay götürməyə çalışır.
Maraqlıdır ki, 2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyədə qaz habının yaradılmasl təklifi ilə çıxış edib. Daha sonra Rusiya rəsmiləri yaradılacaq haba qaz nəqlini artırmaq imkanları barədə çoxsaylı açıqlamalar veriblər. Ötən həftə isə Putin Türkiyədə qaz habı deyil, elektron satış birjasının yaradılmasını təklif etdiyini bildirib...

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR