İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İran, Suriya və Boliviyanın dəstəyi ilə... - Şok plan

“Rusiya İran, Suriya və Boliviyanın dəstəyi ilə özünün beynəlxalq hərbi cinayətlər tribunalını təşkil etmək niyyətindədir”.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin bildirib.

Bastrikin qeyd edib ki, Rusiya beynəlxalq müharibə cinayətləri məhkəməsi quraraq, Ukrayna rəhbərliyinin törətdiyi insanlığa qarşı cinayətlərlə məşğul olmağı düşünür.

“BMT Təhlükəsizlik Şurasından belə bir qərar gözlənilmədiyi üçün İranı, Suriyanı, Boliviyanı da yanımıza almaqla məhkəməni formalaşdıra bilərik. Hazırda Ukraynada 400 nəfərin törətdiyi 1300 bəşəriyyətə qarşı cinayət hadisəsi var”,- Rusiya İstintaq Komitəsinin sədri əlavə edib.

92 Ukrayna əsgərinin Rusiya tərəfindən həbs edildiyini bildirən Bastrikin, 51-i əsgər olmaqla 96 nəfərin axtarışda olduğunu vurğulayıb.

Ukraynada isə Rusiyanı beynəlxalq yurisdiksiyaya cəlb etməkdə ittiham edən 150 min iş var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR