İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İnsan Hüquqları Şurasının rəhbəri siyasi təqibləri “sanitariya tədbirləri” adlandırıb

Rusiya İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyevin fikrincə, müasir Rusiyada repressiya yoxdur.

Musavat.com xəbər verir ki, bu barədə o, “İnterfaks” agentliyinə müsahibəsində bildirib.

“Çətin vəziyyətdə qalmışıq, Qərblə müharibə aparırıq. Və faktiki olaraq düşmənin tərəfində olanlara qarşı bəzi minimal məhdudiyyətlər tətbiq olunur. Bunlar repressiya deyil, minimal sanitar tədbirlərdir”, - deyə o, qeyd edib.

Fadeyev 1937-38-ci illərin Böyük Terrorunu əsl siyasi repressiya adlandırıb, “740 min insan güllələnib, əksəriyyəti günahsız insanlardır. Allah eləməsin ki, hamımız siyasi repressiyanın nə olduğunu öz təcrübəmizdən keçirək”, - deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR