İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya ilə müttəfiqlik onunla düşmənçilikdən daha təhlükəlidir” – Qalustyan Kremli İFŞA ETDİ

“Moskva açıq şəkildə Ermənistana eyham vurur ki, İrəvanda təsadüfən nəsə partlaya bilər. Ermənistan Avrasiya İqtisadi Birliyi (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Biz adıçəkilən təşkilatlarda baş verən hadisələrdən narahat olmaya bilmərik. Üstəlik, Aİİ və KTMT-nin iki ən böyük dövləti – Rusiya və Qazaxıstan arasında açıq və çox sərt münaqişə var. Vəziyyət müharibə həddinə çatmasa da, gərginlik dərəcəsi çox yüksək səviyyədədir”.

Konkret.az xəbər verir ki, bu fikirləri erməni analitik Qalust Qriqoryan səsləndirib: “Qazaxıstanda iyulun 6-da ən böyük neft yataqlarından biri olan “Tengiz”də partlayış baş verib. Forbes-in məlumatına görə, orada hidravlik sınaq aparılıb və borulardan biri təzyiqə tab gətirməyib. Yerli polis bildirib ki, partlayış nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Burada bir şeyi xatırlamaq vacibdir. “Tengiz” neft-qaz yatağı Qazaxıstanın ən böyük yataqlarından biridir. Neft ehtiyatları 3,2 milyard ton qiymətləndirilir. Ancaq partlayışın Rusiya məhkəməsinin Qazaxıstanın “Tengiz”dən neft ixrac etdiyi Novorossiyskdəki dəniz terminalının fəaliyyətinin dayandırması barədə qərarı fonunda baş verməsi müəyyən suallar doğurur” – Qalustyan vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR