İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə maral böhranı - Moskva külli miqdarda təzminat tələb edir

Norveç Rusiya sərhədini keçmək istəyən 40 maralı öldürüb.

Musavat.com xəbər xarici agentliklərə istinadən xəbər verir ki, 2023-cü ildə 42 maral Murmansk vilayətindəki Pasvik qoruğuna sərhədi keçmək istərkən norveçlilər tərəfindən güllələnib.

İndi Rusiya bunun üçün böyük təzminat tələb edir: sərhədi keçən hər maral üçün 4700 dollar və qoruqda otladıqları bütün günlər üçün 4,4 milyon dollar birdəfəlik ödəniş.

Şimal marallarının Rusiyaya keçməsinin qarşısını almaq üçün Norveç sərhəd boyu 1954-cü ildə çəkilmiş hasarı bərpa edir.

Yeddi kilometr uzunluğunda və 348 min dollar dəyərində olan hasarın tikintisi oktyabr ayına qədər tamamlanacaq. İşçilər Rusiya ilə sərhədi “vizasız keçməmək” üçün daimi olaraq Norveç ərazisində keşik çəkmək məcburiyyətində qalırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR