İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya ilə İran arasında hərbi əməkdaşlıq dərin narahatlıq doğurur” – Britaniya XİN

“Rusiya ilə İran arasında hərbi əməkdaşlıq Britaniyada dərin narahatlıq doğurur”.

Azpost.info xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

Onun sözlərinə görə, bu tərəfdaşlıq qlobal təhlükəsizliyə təhdid yaradır: “İran Rusiyaya əsas silah tədarükçülərindən biridir və Moskvaya yüzlərlə pilotsuz təyyarə verib. Bunun müqabilində Rusiya İran rejiminə hərbi və texniki dəstək təklif edir və bununla da onun Yaxın Şərqdəki tərəfdaşlarımıza və beynəlxalq təhlükəsizliyə yaratdığı təhdidləri artırır”.

XİN rəhbəri qeyd edib ki, Böyük Britaniya hər iki ölkəni məsuliyyətə cəlb etmək niyyətindədir.

Kleverli Londonun Vaşinqtonun qiymətləndirmələri ilə razılaşdığını, Moskvanın yaxın aylarda İrandan silah, o cümlədən ballistik raketlərin tədarükünü artırmağa çalışacağını bildirib: “Rusiya isə İrana texniki cəhətdən daha təkmil hərbi komponentlər ötürməyə hazırdır və bu, rejimə hərbi potensialını artırmaq imkanı verir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR