İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya ilə Ermənistan arasında çatlar dərinləşir” - politoloq

“Nensi Pelosi dünya siyasi sistemində öz çirkin əlaqələrinə görə fərqlənən obrazlardandır. Onun daha əvvəlki fəaliyyətləri də daim siyasi və maddi maraqlara, eyni zamanda birtərəfli “şərhlərə” əsaslanıb”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bu fikirləri Musavat.com-a, ABŞ Nümayəndələr Palatasının sədri N.Pelosinin İrəvana səfərini şərh edərkən söyləyib.

Ekspertin sözlərinə görə, Pelosinin son Tayvan səfəri də əslində bu qadının nə qədər təhlükəli “manevrlər” edə biləcəyini nümayiş etdirirdi: “Sırf şəxsi maraqlar, xal qazanmaq naminə, yaşının bu çağında onsuz da gərgin olan ABŞ-Çin münasibətlərini zədələdi. Ona görə hesab edirəm ki, Ermənistana səfər də yaxınlaşan seçkilər öncəsi erməni lobbisinin dəstəyinə olan ehtiyacdan törəyir. Sorğular göstərir ki, Amerika cəmiyyəti bu qadının populizmini sevir. Bu üzdən də Pelosinin hədəf kütləsi hər zaman ABŞ-da yaşayan başqa xalqlar olub. Həmçinin, Pelosi, Fran Pallone kimi konqresmenlər daim ANCA adlı faşist lobbi təskilatı və lobbist Aram Suren Hamlaryan ilə əlaqələrə malik olub”.

 T.İsmayılov hesab edir ki, Pelosinin İrəvan səfəri təəccüblü deyildi: “Lakin əvvəlcə MKİ sədrinin Ermənistan səfəri, qısa müddət sonra isə Pelosinin Ermənistan səfəri Qərbin Ermənistan üzərindən Rusiyaya cəbhə yaratmaq planlarını göstərir. Birincisi, Sorosçu Paşinyan və komandası o qədər zəifdir ki, Rusiya boyunduruğundan da tam olaraq çıxa bilmir. Ölkə hələ də KTMT üzvüdür və Rusiya bazası var Ermənistanda. İkincisi, Ermənistanın Rusiyadan qopa bilməməyi Soros ssenaristləri o, daim narahat edir. Bu narahatlığı bütün səfərlərdə nümayiş etdirirlər. Nəhayət, ABŞ hazırda Ermənistanı tam olaraq bir cəbhəyə çəkmək istəyir. Bu planlar Ermənistan üçün daha dağıdıcı yekunlar yaradacaq”.

Politoloqun sözlərinə görə, Pelosinin son İrəvan səfəri ciddi narazılıqlara səbəb olacaq: “Rusiya tərəfindən son zamanlarda Ermənistanla bağlı tənqidlər çoxalib. Pelosinin səfəri, İrəvandakı anti-rus ritorikalar bir daha sübut edir ki, Rusiya ilə Ermənistan arasında çatlar dərinləşir. Belə məqamda ABŞ ciddi və konseptual formada Ermənistanı uçurumdan çıxara bilməyəcək. İndi əsas məsələ Pelosinin səfərindən sonra Ermənistanın ritorikasının necə olacağıdır. Rusiya və İran ən xırda siyasi ikiüzlülüyə səssiz qalmayacaq”.

Elşad,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR