İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya ilə bağlı bu ideya “dostlarımızı” rahat buraxmır”- Medvedev

“Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvü statusundan məhrum edilməsi ideyası bu ölkənin “dostlarını” rahat buraxmır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, BMT-nin arxitekturasının qorunub saxlanmasının indi həmişəkindən daha zəruri olduğunu vurğulayıb: “Heç bir beynəlxalq təşkilat, hətta hərbi ittifaqlar da BMT-nin nizamnamə orqanlarının dünya ictimaiyyətinin iradəsinin ifadəsi üzərində inhisarını sarsıda bilməz”.

İyunun 29-da Ukrayna prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə çıxış edərək Rusiyanın daimi üzvü olduğu Təhlükəsizlik Şurasından xaric edilməsini, həmçinin “terrorçu dövlət” kimi tanınmasını istəyib.

Öz növbəsində, BMT Baş Assambleyası sədrinin rəsmi nümayəndəsi Polina Kubiak bildirib ki, belə qərarlar Təhlükəsizlik Şurası vasitəsilə qəbul edilir. Rusiya şurada veto hüququna malik olduğundan belə bir qərarın qəbulu mümkün deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR