Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ötən gecə Ukrayna ordusu Sevastopol (Akyar) şəhərindəki gəmi təmiri zavoduna raket zərbəsi endirib.
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatında atılan 10 qanadlı raketdən 7-nin vurulduğu, hadisə zamanı 2 gəminin "zədə aldığı" açıqlanıb.
Həmin gəmilərin zavodda təmirə dayandığı qeyd olunur.
Qeyri-rəsmi mənbələr vurulan gəmilərin adlarını açıqlayıblar. Belə ki, onların "Minsk" böyük desant gəmisi və "Rostov-na-Donu" sualtı qayığı olduğu bildirilir. Bəzi mənbələr gəmi və sualtı qayığın Qara dənizdə vurulduğunu iddia edirlər. Rusiya Müdafiə Nazirliyi isə dənizdə gəmilərə hücum edən 3 pilotsuz dron katerin hədəfə çatmadan məhv edildiyini bildirib.
Xəbərlər doğru olarsa, "Moskva" kreyserindən sonra bu, Rusiya donanmasının ən böyük itkisi hesab olunacaq.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ