Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Şimali Koreyadan olan minlərlə hərbçi ilin sonunadək Rusiya-Ukrayna müharibəsinə qoşulacaq.
Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Qeyd olunub ki, bu məqsədlə onlar hazırda Rusiyanın ərazisindəki hərbi təlimlərə cəlb olunub.
“Artıq onlardan bir qismi Ukraynaya göndərilərək hərbi əməliyyatlarda iştirak edir”, - nəşr əlavə edib.
Rəsmi Moskva yayılan iddialara şərh verməsə də, qəzetin mənbəyi iddiaların əsassız olmadığını açıqlayıb.
Bir sıra şərhçilər hesab edirlər ki, belə iddiaların sadəcə manipulyasiya və informasiya müharibəsinin tərkib hissəsi olması ehtimalı az deyil.
Musavat.com-un xəbərinə görə, siyasi şərhçi Aqşin Kərimov öz sosial media hesabında məsələyə bu cür şərh bildirib:
"Yüksək ehtimalla Rusiya həmin canlı qüvvəni müdafiə xətlərini gücləndirəcək məqsədlər üçün deyil, quru əməliyyatlarında mümkün genişmiqyaslı həmlə kampaniyası üçün istifafə edəcək.
Şimali Koreyanın Ukraynaya daxil olması Ukraynaya NATO-dan canlı qüvvə tələbləri üçün çağırışlarını artırmağa imkan verəcək. Rusiyanın Şimali Koreya hərbçiləri hesabına qoşunlarını komplektləşdirməsi onun Ukrayna ilə əlaqədar maksimalist ambisiyalarından geri çəkilmədiyini göstərir".
Xalidə Gəray
Musavat.com
08 Noyabr 2024
02:44 Putin Tramp və Qərb liderləri ilə münasibətlərdən danışdı: "Hər şey normal idi, amma onlar...”
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ