İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya gənclər üçün sərhədi BAĞLADI - Xaricə çıxış qadağan edildi

Rusiyada elektron hərbi qeydiyyat reyestrinin işə salınması və elektron çağırış vərəqələrinin paylanmasından sonra ölkə vətəndaşlarının xaricə çıxışı məhdudlaşdırılmağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Moskva Times” qəzeti məlumat yayıb.

İlk belə hal sentyabrın 11-də Şeremetyevo hava limanında qeydə alınıb.

Qeyd olunur ki, hərbi xidmətdən yayınan 28 yaşlı bir gənc tibbi müayinədən keçmək üçün hərbi komissarlığa elektron çağırış vərəqəsi təqdim edib.

O bildirib ki, çağırışlar üçün nəzərdə tutulmuş internet saytında ölkədən çıxış qadağası göstərilib. Gənc, may ayında xaricə istirahət etməyi planlaşdırdığı üçün qadağanın işləyib-işləmədiyini praktiki olaraq yoxlamağa qərar verib.

Sərhəd xidmətinin əməkdaşları isə vurğulayıb ki, ölkədən çıxışa qoyulmuş qadağanı yalnız şəxsi şəkildə, hərbi komissarlıqda aradan qaldırmaq mümkündür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR