İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya FTX-nin “zəhərləmə” şöbəsinin rəisi işdən çıxarıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Elmi-Texniki idarəsinin rəisi, general-polkovnik Eduard Çernovoltsev vəzifəsindən azad edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Insider” saytı kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

FTX-nin 8-ci Mərkəzi (məlumatların mühafizəsi), Xüsusi Təchizat Mərkəzi və Xüsusi Rabitə İdarəsi general Çernovoltsevin kurasiyası altında olub. Bundan əlavə, çoxsaylı araşdırmalara görə, Çernovoltsev dəhşətli zəhərli maddələrin işlənib hazırlandığı, “Elmi-Tədqiqat İnstitutu-2”yə də nəzarəti həyata keçirirmiş.

Rəsmi versiyaya əsasən, Çernovoltsev pensiya yaşına çatdıqdan sonra təqaüdə göndərilib. Lakin məlum olduğu üzrə bu səviyyəli FTX işçisinə adətən 70 yaşa qədər xidmət etməyə icazə verilir.

“The Insider”in FTX-dəki mənbəsinin sözlərinə görə, Kreml Putinin yaxın adamları ilə bağlı bir çox məxfi məlumatların sızmasından hədsiz dərəcədə narazı qalıb.

Lakin sayt digər versiyaları da üzə çıxarıb. Belə ki, uzun müddət Kiyevdə yaşayan Çernovoltsev ətrafı ilə söhbətində “Ukraynada hərbi əməliyyatın başlamasından çox təəssüfləndiyini və dostlarına dəfələrlə “Kremlin çox irəli getdiyini” söyləyibmiş.

Xatırladaq ki, Rusiya müxalifətinin əsas lideri sayılan Aleksey Navalnı 20 avqust 2020-ci ildə Omskda zəhərlənmə təhlükəsi iləxəstəxanaya yerləşdirilib, daha sonra müalicə üçün Berlinə aparılıb, alman mütəxəssisləri onun bədənində “Noviçok” qrupuna aid kimyəvi maddənin izlərini aşkar ediblər. “Azadlıq” radiosunun xəbərinə görə, Navalnının özü onun zəhərlənməsində FTX-nin əli olduğunu iddia edir. “Bellingcat” istintaq qrupu da eyni nəticəyə gəlib. Navalnı həmçinin FTX-ni siyasətçi Vladimir Kara-Murza, yazıçı Dmitri Bıkov (onlar müalicədən sonra sağ qalıblar), siyasətçi Nikita İsayevə (ölüb) qarşı sui-qəsd cəhdlərində suçlayıb. Rusiya hakimiyyəti bütün bu işlərdə xüsusi xidmət orqanlarının iştirakını və zəhərlənmə faktlarını təkzib edir. Rusiyada bununla bağlı cinayət işi belə açılmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR