İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistandan hesabat gözləyir - ABŞ və Aİ ilə hərbi-siyasi razılaşmalar haqqında

Rusiya Ermənistandan aprelin 5-də Brüsseldə ABŞ və Avropa İttifaqı ilə əldə olunmuş "hərbi-siyasi razılaşmalar" haqqında açıqlama gözləyir. Bu barədə aprelin 18-də RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"ABŞ və Aİ nümayəndələrinin həqiqətə Brüsseldə Rusiya hərbi bazasının və Rusiya sərhədçilərinin ABŞ, NATO və Aİ mütəxəssisləri ilə əvəz olunmasını, Qərbin Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat işlərinin genişləndirilməsini, habelə Metsamor AES sökülməklə, Ermənistanın kritik əhəmiyyət kəsb edən infrastrukturunun və enerji sisteminin yenidən istiqamətləndirilməsini nəzərdə tutan planlarını Yerevana zorla qəbul etdirdiyi məlum olsa, bu, Moskvada təəccüb doğurmayacaq", deyə o bildirib.

Zaxarova qeyd edib ki, Qərb Ermənistana yalnız regionda yeni böyük yanğını alovlandırmaq üçün üçün alət rolunu verir.//Turan İnformasiya Agentliyi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR