İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanda informasiya məkanını genişləndirməyə BAŞLADI

Ermənistanda Rusiyanın informasiya ekspansiyası (təsir dairəsini genişləndirmək hərəkəti) başlayıb.

Konkret.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzetinin məlumat yayıb. Nəşrin yazdığına görə, Rusiyadan kifayət qədər təmsil olunan siyasi texnoloqlar və blogerlər qrupu həftəsonu İrəvana gəlib.

“Bizdə olan məlumata görə, onların Ermənistanın informasiya sahəsində konkret missiyası var və heç bir halda qısamüddətli deyil.

Mənbələrimizin bildirdiyinə görə, Rusiya Federasiyasından gələn xüsusi və yüksək səviyyəli mütəxəssislər yaxın gələcəkdə monitorinq və təlim baxımından Ermənistanın informasiya sahəsində ciddi iştirak etməyi planlaşdırırlar. Əldə etdiyimiz məlumata görə, onlar əsasən müxalifət blokunun nümayəndələri ilə görüşlər keçirməyə hazırlaşırlar”, -deyə qəzet qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR