İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ermənistan yolu BAĞLANDI

Gürcüstanda, Yuxarı Lars keçid məntəqəsinə gedən yolda (Rusiya ilə sərhəddə) körpü keçidi yük maşınları üçün bağlıdır.

Musavat.com bildirir ki, bu barədə Ermənistan mediasına Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib.

Onun sözlərinə görə, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsinə qar yağıb. Bu arada yol minik avtomobilləri üçün açıq qalır.

Xatırladaq ki, Gürcüstan Hərbi Yolu Ermənistanı Rusiya ilə (Gürcüstan üzərindən) birləşdirən yeganə fəaliyyət göstərən quru yoludur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR