İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ermənistan arasındakı gərginliyin ƏSAS SƏBƏBİ  

 

“Ermənistan-Rusiya münasibətlərində əvvəlki hakimiyyət dövründə də problemlər var idi, lakin Ermənistanın indiki hakimiyyəti prinsipcə daha çox ictimaidir və çox açıq danışır”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni  politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, 2018-ci ildən öncə problemlər daha çox bürokratik yolla həll olunurdu.

“Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya postsovet məkanında baş verən hər şeydən çox narahatdır. Bu iki müzakirənin üst-üstə düşməsi əvvəllər görmədiyimiz efir toqquşmaları ilə nəticələnir. Amma siyasi səviyyədə hələ ki, ciddi heç nə baş vermir. Ermənistan KTMT-dən, Avrasiya İttifaqından,  MDB-dən çıxmayıb, ikitərəfli razılaşmalar işləməkdə davam edir”, - deyə İsgəndəryan vurğulayıb.

Lakin İskəndəryanın fikrincə indi baş verənlər iki monoloqu xatırladır,  yəni tərəflər hazırda bir-birlərini eşitmirlər.

Bununla yanaşı, erməni ekspert rəsmi Moskvanı qınamağı unutmayıb və Rusiyanın 2020-ci ildə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmədiyini iddia edir.

“Laçın dəhlizinə faktiki olaraq azərbaycanlılar nəzarət edir, onlar rus sülhməramlılarını özləri yoxlayırlar. Məndə olan məlumata görə, Azərbaycan sülhməramlıları helikopterlərlə uçarkən belə yoxlayır”,-deyə İskəndəryan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR