İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Əfqanıstan liderini öldürən adama abidə ucaltdı

Ukraynanın Zaporojye vilayətinin işğal edilmiş hissəsində yerləşən Melitopol şəhərində Rusiya hakimiyyəti Sovet İttifaqı Qəhrəmanı Qriqori Boyarinovun abidəsini açıb.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Qeyd edək ki, həmin zabit 1979-cu ildə Əfqanıstanın rəhbəri Hafizullah Aminin sarayına basqın edən sovet xüsusi təyinatlı dəstəsinin komandiri olub. Aminin öldürülməsindən qısa müddət sonra isə müharibə başlayıb. On il davam edən savaşda 30 minə qədər sovet hərbçisi və iki milyona qədər əfqan həlak olub.

Boyarinov xüsusi təyinatlıların polkovniki, DTK Ali Məktəbində zabitlər üçün elitar təkmilləşdirmə kurslarının müəllimi olub. 1979-cu ildə o, bir qrup kursantla Əminin sarayını ələ keçirən zaman öldürülüb. Onun qrupunun başqa bir üzvü Aleksandr Plyusnin isə Əfqanıstan liderini özünü qətlə yetirib. Xatırladaq ki, həin əməliyyata DTK-nın “S”idarəsinin 8-ü bölməsinin rəisi polkovnik S.Polyakov rəhbərlik edib.

Boyarinov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Rusiya rəsmiləri Melitopoldakı abidəni polkovnikin şəhər yaxınlığındakı Akimovka kəndində böyüməsi ilə izah ediblər.

Qeyd edək ki bu ilin İyul ayında Rusiya rəsmiləri şəhərdə daha bir KQB diversantı Pavel Sudoplatovun xatirəsinə abidəucaldıblar. O, 1940-cı ildə inqilabçı LevTrotskinin qətlini təşkil edib və özünün iddia etdiyi kimi, 1938-ci ildə Ukrayna Millətçiləri Təşkilatının lideri Yevgeni Konovaletsi şəxsən öldürüb. Sudoplatov Melitopolda doğulub və boya-başa çatıb.

Melitopol fevral ayında Ukraynaya hücumun başlanğıcında Rusiya qüvvələri tərəfindən nəzarətə işğal olunub. Bu ilin payızında Rusiya hakimiyyəti şəhərin yerləşdiyi Zaporojye vilayətinin ilhaqını elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR