Onlayn ictimai-siyasi qəzet
Rusiya düyü və düyü dəninin ixracına qoyulan qadağanı 2024-cü ilin sonuna qədər uzadıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq sərəncam imzalayıb.
Sənəd layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanıb. Qadağa Aİİ ölkələrinə düyü tədarükünə şamil edilmir.
Rusiya 2022-ci il iyulun 1-dən Krasnodar diyarında (ölkədə düyü istehsalının əsas yeri) Fedorovski su anbarında aprel ayında baş verən və düyünün azalmasına səbəb olan qəzaya görə düyü ixracını qadağan edib. Qəza nəticəsində Rusiyada məhsul yığımı 2021-ci ildəki 1,076 milyon tondan 797,6 min tona qədər azalıb. Qadağa daxili bazarı düyü ilə təmin etmək məqsədi daşıyırdı. 31 dekabr 2022-ci il tarixinədək qüvvədə olub, sonra 2023-cü il yanvarın 1-dən iyunun 30-dək, 2023-cü il iyulun 1-dən dekabrın 31-dək, 2024-cü il yanvarın 1-dən iyunun 30-dək uzadılıb.
Rusiya baş nazirinin müavini Dmitri Patruşevin mayın sonunda bəyan etdiyi kimi, Rusiya Federasiyasında düyü istehsalının həcmi artır.
“Ancaq hələlik daxili bazarda özümüzü sakit hiss etməyə imkan verəcək göstəricilərə çatmayıb, ona görə də düyü üçün qadağa ilə bağlı qərarımızı hələlik uzadırıq”, - deyə Patruşev bildirib.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ