Onlayn ictimai-siyasi qəzet
Tiflisdə hökumətin siyasətinə qarşı genişmiqyaslı etirazlar zamanı polis qüvvələri nümayişçilərə qarşı su şırnaqları tətbiq edib. “Новости — Грузия” nəşrinin məlumatına görə, etirazlar parlament binası qarşısında gərgin keçib.
Musavat.com xəbər verir ki, etirazçılar hökumətin Avropa İttifaqı ilə danışıqları dayandırmaq qərarına qarşı çıxaraq, "avrointeqrasiyanın sürətləndirilməsini" tələb ediblər. Lakin hakimiyyətin sərt mövqeyi ilə qarşılaşan kütlə, su şırnaqları və digər təhlükəsizlik tədbirləri ilə dağıdılıb.
Hazırda etirazların daha da böyüməsi və ölkənin müxtəlif bölgələrinə yayılması gözlənilir.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ