Onlayn ictimai-siyasi qəzet
"Gürcüstan parlamenti yaxınlığında keçirilən aksiya mitinqlər və nümayişlər haqqında qanunla müəyyən edilmiş normaları aşıb".
Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Onlara müxtəlif əşyalar atan etirazçıların hərəkətləri nəticəsində artıq 3 polis əməkdaşı yaralanıb. İki hüquq-mühafizə orqanı əməkdaşı xəstəxanaya aparılıb. Vəziyyəti sakitləşdirmək üçün polis qanunla müəyyən edilmiş tədbirlərə əl atıb və xüsusi vasitələrdən istifadə edib", - məlumatda qeyd olunur.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ