İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda etirazçılarla polis arasında əlbəyaxa dava: saxlanılanlar var - SAVAŞIN VİDEOSU

Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının yan girişində etirazçılarla polis arasında toqquşma baş verib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər saxlanılıb. Müxalif telekanalların jurnalistlərinin narazılığına cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin polisə hücum etdiyini bildiriblər.

Prezident Salome Zurabişvilinin etirazçılara qoşulması və hökumət əleyhinə çıxışları ölkədəki gərginliyi daha da artırıb. Qeyd edək ki, Zurabişvili Parisdə anadan olub və uzun müddət Fransa vətəndaşı olub. Onun bu addımları Qərbin maraqlarına xidmət etmək və Gürcüstanın daxili sabitliyini pozmaq məqsədi daşıyır.

Hökumət nümayəndələri isə ölkədə asayişi bərpa etmək üçün hüquq-mühafizə orqanlarının hərəkətlərini dəstəkləyir və qanunun aliliyini təmin etməyə çalışırlar. Onlar bildirirlər ki, etiraz aksiyaları zamanı baş verən zorakılıq hallarına qarşı adekvat tədbirlər görüləcək.

Hazırda Tiflisdə vəziyyət gərgin olaraq qalır. Etirazçılar hökumətin istefasını tələb edir, polis isə ictimai asayişi qorumaq üçün tədbirlərini davam etdirir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR