Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın paytaxtı Tiflisdə müxalifət tərəfdarları ilə polis qüvvələri arasında növbəti qarşıdurma baş verib.
Musavat.com xəbər verir ki, parlament binası qarşısında toplaşan etirazçılar mühafizə üçün qurulan baryerlərin bir hissəsini sökərək, onu polis kordonuna doğru itələməyə cəhd ediblər. Bu hərəkətə cavab olaraq hüquq-mühafizə orqanları bibər qazından istifadə edərək baryeri geri alıblar və etirazçıların əlindən müvafiq əşyaları götürüblər.
Hadisə zamanı zorakılığın artması vəziyyəti daha da gərginləşdirib. Etirazçılarla polis arasında baş verən bu növbəti toqquşma, Gürcüstanda davam edən siyasi etirazların nəzarətdən çıxması riskini bir daha ortaya qoyur.
Musavat.com həmin anların videosunu təqdim edir:
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ