İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya çənbərə alınır: Putin Finlandiyaya hücum əmri verəcəkmi? Üzeyir Cəfərovla CANLI

İspaniyanın paytaxtı Madrid şəhərində NATO-nun zirvə toplantısı başlayıb. Toplantıda 30 ölkənin dövlət və hökumət başçısı iştirak edir. Zirvə toplantısında Ukraynadakı vəziyyət və bu ölkəyə hərbi, maliyyə və humanitar yardım məsələləri müzakirə olunur. Eyni zamanda Alyansın yeni strateji konsepsiyası qəbul ediləcək. Bundan başqa, Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciətinə də baxılacaq.

Özünü “Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın 21-27 iyun tarixlərində Rusiyaya “işgüzar səfər” etməsi və burada bir sıra görüşlər keçirməsinə dair erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfir Polad Bülbüloğlu tərəfindən Rusiya Federasiyasının səlahiyyətli orqanlarına sorğu ilə müraciət olunub.

Bu barədə Azəbaycanın Rusiyadakı səfirliyinin yaydığı məlumatda bildirilib. “Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olub, bu səbəbdən də tirajlanan “işgüzar səfər” xəbərləri həqiqəti əks etdirmir. Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşıyıb və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməyib.

Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə “səfərlər” barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”, - açıqlamada deyilir.

TVMusavat-ın canlı yayınında polkovnik Üzeyir Cəfərovla Babayanın Rusiya səfəri, NATO sammiti, Ukrayna böhranı və skandinav dövlətlərinin hərbi bloka üzvlüyünə Kremlin necə reaksiya verəcəyini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR